“Fox News”un jurnalisti Dövlət Departamentinin mətbuat katibi olacaq

2025/01/1735968283.jpg
Oxunub: 1314     06:15     04 Yanvar 2025    
“Fox News”un jurnalisti Temmi Bryus Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri olacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb.

“Temmi Bryus dövlət katibliyinə namizəd Marko Rubionun Dövlət Departamentinin mətbuat katibi vəzifəsinə qoşulacağını elan etməkdən şərəf duyuram. Temmi mediada uzun müddətdir işləyir və iyirmi ildən artıqdır ki, Amerika vətəndaşlarına həqiqəti çatdırır. Əminəm ki, o, yeni vəzifəsində də eyni inam gücünü və qorxmaz ruhunu nümayiş etdirəcək”, - o vurğulayıb.

Hazırda ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsini Metyu Miller tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dövlət-Departamenti   ABŞ  


Bizi "telegram"da izləyin