NATO-nun təlimlərində 2,5 mindən çox britaniyalı hərbçi iştirak edəcək

2025/01/1735967946.jpg
Oxunub: 653     04:17     04 Yanvar 2025    
NATO-nun şərqində keçiriləcək təlimlərdə 2,5 mindən çox britaniyalı hərbçi iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, London NATO-nun təlimlərinə 2 600 əsgər və 730 hərbi maşın göndərəcək.

Britaniya ordusunun 1-ci diviziyası yanvar və fevral aylarında Bolqarıstan və Rumıniyada keçiriləcək “Steadfast Dart 25” təlimində NATO quru qüvvələrinə rəhbərlik edəcək.

Hərbçilər alyansın şərq cinahını gücləndirməyi məşq edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   London  


Bizi "telegram"da izləyin