Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir

2025/01/1735930300.jpg
Oxunub: 475     23:34     03 Yanvar 2025    
Fransızların 60%-dən çoxu ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.

Ordu.az xəbər verir ki, bunu Fransanın “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını da istəsə də, 28%-i Makronun getməsinə qarşıdır. Yalnız sorğuda iştirak edənlərin 1%-i cavab verməkdə çətinlik çəkib.

Bundan əlavə, respondentlərin 62%-i Makronun prezidentliyini avtoritar kimi xarakterizə edib.

Fransızların əksəriyyəti Fransua Bayrunun ilin sonuna qədər Baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Odur ki, respondentlərin 86%-i əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni Baş nazir təyin etməli olacaq.

Qeyd edək ki, yanvarın 2-3-də keçirilən sorğuda 1005 nəfər iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   İstefa  


Bizi "telegram"da izləyin