Estoniya Amerikadan HIMARS reaktiv raket sistemlərini alacaq

2024/09/2024--1725960344.jpg
Oxunub: 491     22:37     03 Yanvar 2025    
Estoniya yaxın bir neçə həftə ərzində Amerikadan HIMARS reaktiv raket sistemlərini alacaq.

Ordu.az Estoniyanın ERR teleradio şirkətinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur deyib.

Nazir bildirib ki, Estoniya bir neçə həftəyə ABŞ-dan sözügedən texnikaları alacaq.

Estoniyada yerləşdirilən Amerika hərbçilərinin artıq ölkə ordusunun şəxsi heyətinə bu reaktiv raket sistemlərindən istifadə ilə bağlı təlim keçdiyi iddia olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HIMARS   Estoniya  


Bizi "telegram"da izləyin