Türkiyənin zərbə PUA-larından istifadə edən ölkələrin sayı açıqlanıb

2025/01/1735892844.jpg
Oxunub: 569     09:26     04 Yanvar 2025    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Pilotsuz Uçuş Aparatları (PUA) və zərbə PUA-ları texnologiyasındakı uğurlarına diqqət çəkərək, bu sahədə ixracatın 50-dən çox ölkəyə çatdığını bildirib.

Ordu.az xəbər verir ki, Ərdoğan Batmandakı 14-cü Pilotsuz Təyyarə Sistemləri Baza Komandanlığını ziyarət edən milli müdafiə naziri Yaşar Gülərə zəng edərək, Türkiyə hərbi qulluqçularını yeni il münasibətilə təbrik edib.

“Ümid edirəm ki, yeni Qriqori təqvimi həm ölkə daxilində, həm də xaricdə canları bahasına xidmət edən təhlükəsizlik qüvvələrimiz üçün xeyirli olacaq. Dövlətimizin yaşaması, millətimizin gələcəyi üçün qorxmadan mübarizə aparan bütün qəhrəmanlara öz vəzifələrində uğurlar arzulayıram”, - deyə Türkiyə prezidenti qeyd edib.

Ərdoğan çıxışında bildirib: “Quruda, dənizdə və havada imkanları ilə dosta güvən, düşmənə qorxu verən ordumuz xalqımızın qürur mənbəyidir. “Güclü Ordu, Güclü Türkiyə” şüarı ilə Türkiyə Silahlı Qüvvələrimizin hər sahədə çəkindiriciliyinə böyük əhəmiyyət veririk. Yerlilik nisbətini 20 faizdən 80 faizə yüksəltdiyimiz müdafiə sənayesi sahəsində irəliləyişlərimiz ləngimədən davam edir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin