Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi TF-2000, MİLDEN və MUGEM-in ilk təməlqoyma mərasimlərinin həyata keçirildiyini açıqlayıb.
Məlumata görə, TF-2000 layihəsinin icrasına başlanılması barədə qərar Müdafiə Sənayesi İcraiyyə Komitəsinin 2007-ci il dekabrın 5-də keçirilən iclasında qəbul edilib.
Son zamanlar hərbi gəmilərin inşasında ciddi addımlar atan Türkiyə müdafiə sənayesi bu sahədə yaşanan gecikmələri bir-bir aradan qaldırır.
Bu həmlə çərçivəsində yeni mərhələyə keçid edilib. Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “İstanbul” Gəmiqayırma Zavodunda TF-2000 Hava Hücumundan Müdafiə Hərbi Esminesi, MİLDEN Milli Sualtı Qayığı və MUGEM Milli Aviadaşıyıcı Gəmisinin təməlqoyma mərasimlərinin keçirildiyi paylaşılıb.
Digər tərəfdən, nazirlik hazırda Türkiyədə gəmiqayırma zavodlarında eyni vaxtda 31 müxtəlif hərbi gəminin inşa edildiyini vurğulayıb. Bu gəmilərin bəziləri xaricdəki istifadəçilərə çatdırılacaq.
Dizayn fəaliyyəti Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən həyata keçirilən TF-2000 Hava Hücumundan Müdafiə Hərbi Esmineslərinin normal olaraq MİLGEM Layihəsinin 9-cu, 10-cu, 11-ci və 12-ci gəmiləri olaraq inşa edilməsi qərara alınıb.
Sevinc Əliyeva
Ordu.az