“Korkut”un İraqda PKK-nın PUA-sını vurduğu anlar

2025/01/1735892284.jpg
Oxunub: 2281     10:38     04 Yanvar 2025    
Türkiyə Silahlı Qüvvələrinə məxsus “Korkut” Hava Hücumundan Müdafiə Artilleriya Sistemi “Pençe-Kilit” əməliyyatı bölgəsində terror təşkilatı PKK-ya məxsus kamikadze tipli Pilotsuz Uçuş Aparatını (PUA) zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, PUA-nın məhv edildiyi görüntülər sosial mediada paylaşılıb və böyük marağa səbəb olub.

Son zamanlar İraqın şimalındakı “Pençe-Kilit” əməliyyatı bölgəsində PKK-nın kamikadze PUA-larından istifadəsinin artdığını müşahidə etdikdən sonra “Korkut” Aşağı Hündürlükdə Hava Hücumundan Müdafiə Artilleriya Sisteminin batareyaları bölgəyə yerləşdirilib.

Bölgədə artan PUA hücumlarına qarşı yüksək müvəffəqiyyət nisbəti ilə fəaliyyət göstərən “Korkut” 95%-dən çox effektivliyi ilə seçilir.

Türkiyə Silahlı Qüvvələrinin aşağı hündürlükdə hava hücumundan müdafiə ehtiyaclarını qarşılamaq üçün ASELSAN tərəfindən hazırlanan “Korkut” Sistemi 2016-cı ildə kütləvi istehsala keçib.

Sistem 1 Komanda-İdarəetmə Vasitəsindən və 3 Silah Sistemi Vasitəsindən ibarətdir. O, PUA-lara, helikopterlərə, qanadlı raketlərə və müxtəlif hava təhdidlərinə qarşı effektiv şəkildə tətbiq edilə bilər.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Korkut   İraq  


Bizi "telegram"da izləyin