“Bayraktar TB2” zərbə PUA-sı Keniya kəşfiyyatına təhvil verilib

2025/01/arton-1735888758.jpg
Oxunub: 588     09:41     04 Yanvar 2025    
Keniya Milli Kəşfiyyat Xidməti (NIS) Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal olunan 6 ədəd “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatını (PUA) təhvil alıb.

Ordu.az xəbər verir ki, Afrika üzrə müdafiə sənayesi tədqiqatçısı Ceyk (Jake) “X” sosial şəbəkəsindəki paylaşımında “Baykar” istehsalı olan “Bayraktar TB2” zərbə PUA-larının yeni təyinat yerini açıqlayıb.

Paylaşıma görə, Afrika ölkələrindən biri olan Keniya yeni TB2 zərbə PUA-sından istifadə edən operatorlardan birinə çevrilib.

Maraqlıdır ki, NIS tərəfindən istifadə ediləcək zərbə PUA-larında ASELSAN tərəfindən istehsal olunan ASELFLIR-500 EO/IR/LD kamerasından istifadə edilir.

Son olaraq keniyalı kursantların təlimi 2024-cü il avqustun 23-də başa çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB2   PUA  


Bizi "telegram"da izləyin