Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində IAI Yunanıstana “Barak” MX HHM sistemini tədarük edəcək.
MILTECH şirkəti radioelektron sistemlərin, əlaqəli alt komponentlərin istehsalı və sistem inteqrasiyası sahəsində layihəyə töhfə verəcək.
Yunanıstanın İsraildən alacağı HHM sistemləri “Yunan İldırım Qalxanı” adı altında toplanacaq və təxmini dəyəri 2,5 milyard avro olacaq.
“Defence Review” nəşrinin məlumatına görə, bu büdcəyə, həmçinin bloklama raketləri, buraxılış qurğuları, komanda və idarəetmə mərkəzləri, dəstək vasitələri, sensorlar, radarlar və ilkin texniki dəstək paketi də daxil olacaq.
“Barak” MX HHM sistemi qısa (35 km), orta (70 km) və uzun (150 km) mənzilli əməliyyat tələblərinə cavab vermək üçün nəzərdə tutulmuş 3 müxtəlif versiyaya malikdir.
Bu versiyalar müxtəlif bloklama raketlərinin buraxılmasına imkan verməklə, sistemin əməliyyat çevikliyini və effektivliyini artırır.
Bu kontekstdə sistemin Yunanıstan Hərbi Hava Qüvvələrinin aviabzalarının yaxın HHM funksiyasını yerinə yetirən mövcud VELOS sistemlərini əvəz edəcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az