Rusiya Qara dəniz üzərində 2 ədəd “Mi-8” helikopterinin vurulduğunu təsdiqləyib

2025/01/1735885096.jpg
Oxunub: 544     09:38     04 Yanvar 2025    
Rusiya Qara dəniz üzərində 2 ədəd “Mi-8” helikopterinin vurulduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, Rusiya hərbi mənbələri 2024-cü il dekabrın 31-də Qara dəniz üzərində 2 ədəd “Mi-8” helikopterinin və ekipajının itdiyini təsdiqləyib.

Helikopterlər Krımdakı Tarxankut burnu yaxınlığında əməliyyat zamanı Ukraynanın İnsansız Dəniz Platforması (İDP) “Magura” V5 tərəfindən buraxılan raketlərlə vurulub.

Sözügedən İDP-nin R-73 (NATO adı AA-11 “Archer”) “hava-hava” raketləri ilə təchiz edildiyi bildirilib.

Ukrayna Hərbi Kəşfiyyat İdarəsi (HUR MO) hadisədən sonra açıqlama verərək, bir helikopterin vurulduğunu, digərinin isə zədələnməsinə baxmayaraq, bazaya geri döndüyünü açıqlayıb. Lakin Rusiya hər iki helikopterin vurulduğunu etiraf edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qara-dəniz  


Bizi "telegram"da izləyin