Ordu.az xəbər verir ki, bu barədə Fransada yerləşən “Secret Defense”in analizində bildirilib.
Qeyd edilib ki, TÜBİTAK SAGE tərəfindən hazırlanan yeni nəsil “Gökçe” və “Gözde” dəstləri hərbi əməliyyatlarda oyun dəyişdirici effekt yaratmağı vəd edir.
Vurğulanıb ki, bu sistemlər ölkənin mövcud müdafiə qüdrətini artırmaqla yanaşı, regional və qlobal miqyasda geosiyasi çəkisini daha da artırmaq potensialına malikdir.
“Gökçe” xüsusilə Türkiyə Hərbi Hava Qüvvələri və Pilotsuz Uçuş Aparatları (PUA) üçün hazırlanmış, INS/GPS/Lazer idarəetmə sistemlərini birləşdirən yenilik kimi diqqəti çəkir.
TÜBİTAK SAGE tərəfindən yerli resurslarla istehsal edilən bu dəst həm F-16 təyyarələri, həm də “Akıncı” və “Aksungur” kimi PUA-lar üçün təsirli sursat həlli təklif edir.
Sistem 37 kilometrə qədər mənzil təmin etməklə, əməliyyat səmərəliliyini artırır. Eyni zamanda, yerli komponentlərdən istifadə Türkiyənin texnoloji müstəqillik hədəfinə çatmasına böyük töhfə verir.
Sevinc Əliyeva
Ordu.az