RTX Rumıniya üçün yeni “Patriot” HHM sistemlərinin istehsalı ilə bağlı razılıq əldə edib

2024/12/1735195644.jpg
Oxunub: 422     11:38     04 Yanvar 2025    
ABŞ-nin RTX şirkəti Rumıniya üçün yeni “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin istehsalı ilə bağlı müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi şirkətlə 946,5 milyon dollarlıq müqavilə imzalandığını və 464 milyon dollarlıq ilk maliyyə tranşının ayrıldığını açıqlayıb.

Bu müqavilə çərçivəsində tədarüklərin 2029-cu ilin dekabr ayının sonunadək başa çatdırılması planlaşdırılır.

Hələlik tərəflərdən heç biri sazişin şərtləri ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.

Rumıniya Hərbi Hava Qüvvələri hazırda əvvəlki satınalma kampaniyasında alınmış 3 “Patriot” HHM sistemini idarə edir.

Dördüncü HHM sistemi oktyabr ayında hərbi yardım çərçivəsində Ukraynaya təhvil verilib. Daha əvvəl bildirilmişdi ki, Norveç “Patriot”un Ukraynaya transferinə görə Rumıniyaya təzminat ödəyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: RTX   Rumıniya   Patriot  


Bizi "telegram"da izləyin