Xəzər dənizi ilə 23 kiloqramdan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTOLAR

2024/02/1707804250.jpg
Oxunub: 563     10:33     24 Dekabr 2024    
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotikin xəzər dənizi ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında rejim qaydalarını pozan üzmə vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılmış tədbirlər nəticəsində dənizdə 13 ədəd şübhəli bağlama müəyyən edilib.

Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 qram (23 kq 475 qram marixuana, 270 qram tiryək) və 500 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DSX   Xəzər  


Bizi "telegram"da izləyin