“Airbus” A400M yanğınsöndürmə dəstini sınaqdan keçirir

2024/12/1734943149.jpg
Oxunub: 448     11:01     04 Yanvar 2025    
Avropanın aerokosmik qrupu “Airbus” İspaniyada A400M hərbi nəqliyyat təyyarəsini meşə yanğınsöndürmə təyyarəsinə çevirə biləcək portativ dəsti sınaqdan keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “Airbus” tərəfindən verilən açıqlamada bildirilib.

Madriddən 69 km uzaqlıqdakı El-Kubilo-de-Usedada həyata keçirilən sınaqların meşə yanğınlarına dolayı reaksiya verərkən, dəstin nə qədər təsirli olduğunu təsdiqləmək məqsədi daşıdığı qeyd olunub.

Dəst hazırda uçan 100-dən çox A400M nəqliyyat təyyarəsinin hər hansı birinə əlavə edilərək, yanğının söndürülməsində aktiv rol oynamaq və yanğınsöndürənlərə kömək etmək məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   A400M  


Bizi "telegram"da izləyin