Ordu.az-ın “strana.ua”ya istinadən xəbərinə görə, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak deyib.
O bildirib ki, bu addım münaqişənin nizamlanmasında dönüş nöqtəsi ola bilər: “Məhsuldar danışıqlar yalnız hər iki tərəf hərbi əməliyyatları dayandırmaq niyyəti nümayiş etdirərsə mümkündür. Bundan əlavə, ölkəmizin sərhədləri 23 fevral 2022-ci il tarixinədək mövcud olan səviyyədə bərpa edilməlidir. Çünki həmin tarixədək Ukrayanın bir hissəsi işğal edilmişdi”.
Qeyd edək ki, bir qədər əvvəl rəsmi Kiyev ölkənin 1991-ci ildə mövcud olan sərhədlərinin bərpasını tələb etmişdi.
Ordu.az