Ordu.az xəbər verir ki, bu barədə ABŞ HHQ-nin satınalmalar üzrə rəisi bildirib.
Rəisin verdiyi açıqlamada tədarük edilən PUA-ların müxtəlif təcrübələr üçün alınacağı bildirilib.
ABŞ HHQ-nin satınalma, texnologiya və logistika katibinin müavini Endryu Hunter isə qeyd edib ki, bu yaxınlarda qüvvələrin eksperimental əməliyyat bölməsi üçün daha çox sayda “loyal wingman” (Collaborative Combat Aircraft/CCA) tipli PUA-ların alınması təsdiqlənib.
ABŞ HHQ tərəfindən yaradılmış bu eksperimental əməliyyat bölməsi real dünya əməliyyat ssenarisində CCA-lardan necə istifadə ediləcəyinə dair taktika və prosedurların işlənib hazırlanmasına cavabdehdir.
Sevinc Əliyeva
Ordu.az