Keniya Prezidenti: "Ölkədə etirazlar zamanı 19 nəfər ölüb"

2024/07/1719810616.jpg
Oxunub: 116     04:22     01 İyul 2024    
Keniya Prezidenti Uilyam Ruto bildirib ki, ölkədə etirazlar zamanı 19 nəfər ölüb, şəhər infrastrukturuna 18,5 milyon dollar ziyan dəyib.

Bu barədə Ordu.az Citizen telekanalına istinadən xəbər verir.

"Əllərim qana batmayıb. Təhlükəsizlik xidmətlərindən əldə etdiyim məlumatlara görə, 19 nəfər ölüb. Təəssüf, demokratiyada belə olmamalıdır. Lakin, yeri gəlmişkən, 2,4 milyard şillinq (təxminən 18,5 milyon ABŞ dolları - red.) ziyan dəyib, o cümlədən Ali Məhkəmənin ofisi, şəhər meriyası və parlament yandırılıb", - U.Ruto bildirib.

Prezident onu da əlavə edib ki, bütün qanun pozucuları saxlanılacaq və cəzalandırılacaq.

Daha əvvəl azı 31 nəfərin öldüyü barədə məlumat verilib. Bu barədə isə “Human Rights Watch” məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keniya   Etiraz  


Bizi "telegram"da izləyin