Sabiq erməni nazir: “Zəngəurda demarkasiya prosesini bu məntiqlə davam etdirsələr, müstəqil Ermənistanımız olmayacaq”

2024/07/1719906465.jpg
Oxunub: 356     17:17     02 İyul 2024    
“Tavusda bu cür hərəkətləri hansı məntiqlə həyata keçirdikləri mənə aydın deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş nəqliyyat və kommunikasiya naziri (1990-1998), Lori vilyətinin keçmiş rəisi Henrik Koçinyan deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin niyə belə bir addım atdığını güman etmək olar.

“Əlbəttə, biz Ermənistan hökumətinin niyə belə bir addım atdığını güman edə bilərik, lakin onların konkret nə istədiklərini deyə bilmərəm. Tavusda gedən proseslərin əsası və mürəkkəbliyi mənim üçün anlaşılmazdır, kim bunu edirsə, o bütün suallara cavab verməlidir”, - deyə Koçinyan bildirib.

Zəngəzurda gözlənilən demarkasiyaya gəlincə, Koçinyan vurğulayıb: “Əgər Zəngəurda demarkasiya prosesini bu məntiqlə davam etdirsələr, o zaman qısa müddətdən sonra bizim suveren və müstəqil Ermənistanımız olmayacaq. Düşünürəm ki, bu məntiqlə davam etsək, artıq keçmişdə olan yollara sahib olmayacağıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəur   Demarkasiya  


Bizi "telegram"da izləyin