Ərdoğan Kanadaya yeni səfir təyin edib

2024/07/1719983658.jpg
Oxunub: 147     05:02     03 İyul 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Can Dizdar Kanadaya səfir təyin edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkə lideri sərəncam imzalayıb.

“Türkiyə Respublikasının Kanadadakı səfirliyinə Can Dizdar təyin olunsun”, - sənəddə qeyd olunub.

Xatırladaq ki, 2023-cü ilin aprelinədək bu vəzifədə Kerim Uras olub.

Daha əvvəl Türkiyənin BMT yanında daimi nümayəndəsi Sedat Önal Türkiyənin ABŞ-dəki səfiri təyin olunmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kanada   Səfir  


Bizi "telegram"da izləyin