Ermənistan-Fransa razılaşması fonunda ciddi boşluq – BAXIŞ BUCAĞI

2024/07/Ekran-1719945273.jpg
Oxunub: 597     20:37     02 İyul 2024    
Ermənistan və Fransa təkcə “Caesar” artilleriya sistemlərinin tədarükünə dair müqavilə imzalamayıb, həm də KNDS şirkəti ilə ehtiyat hissələrinin və 155 mm-lik mərmilərin tədarükünə dair müqavilə imzalanıb.

Ermənistan bu addımla silahlara texniki xidmət və sursat əldə etməyə çalışır. Eyni zamanda, Ermənistan hərbi tədarüklərin həm logistik, həm coğrafi, həm də geosiyasi ağırlaşmaları halını nəzərə almağa məcbur olacaq və böyük ehtimalla, müəyyən miqdarda ehtiyat hissələri və sursat istehsalının yaradılmasına maksimum səy göstərəcək.

Bu, strateji əhəmiyyət kəsb edən məsələdir. Bunun fonunda bu günlərdə məlum olan bir məlumata nəzər salaq. Ötən gün Paşinyanın göstərişi ilə Ermənistan Hərbi Sənaye Komitəsinin sədri Artyom Mehrabyan vəzifəsindən azad edildi. Paşinyanın sərəncamına əsasən, iyulun 1-dən o, komitənin sədri vəzifəsini dayandırdı. Ermənistanda hər hansı bir kadr dəyişikliyində olduğu kimi onun işdən çıxarılmasının səbəbi məlum deyil.

Adətən Ermənistanda bu və ya digər idarə rəisinin hansı səbəbdən işdən çıxarılması barədə ictimaiyyətə rəsmi məlumat verilmir. Ən diqqətçəkən məqam isə odur ki, Mehrabyan 6 aya yaxın Hərbi Sənaye Komitəsinin sədri vəzifəsində çalışıb. O, bu vəzifəyə yanvarda təyin edilib. Ümumiyyətlə, Ermənistanda hərbi sənaye idarəsinin rəisinin təyin edilməsi və vəzifədən azad edilməsi kifayət qədər tez-tez baş verir, halbuki bu yeni institusional mühit daimi və sabit idarəetmə mexanizminin formalaşmasını tələb edir.

Aydındır ki, bu, heç bir nəticə vermir və bu, Ermənistanda hərbi sənayenin institusional-sistemli idarəetmə relsləri üzərində dayanmadığını, belə demək mümkündürsə, fraqmentar məntiq daşıdığını sübut edir. Burada hər hansı hakimiyyətdaxili rəqabət şəraiti, hər hansı siyasi konyuktura öz mənfi rolunu oynayır, yoxsa sadəcə olaraq effektiv idarəetmə və kadr problemi var?

Dəqiq nəsə demək kifayət qədər çətindir, burada Ermənistandaxili “mətbəx detalları”nı araşdırmaq lazımdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin