Azərbaycan səfirliyi Hindistana başsağlığı verib

2024/07/1719983277.jpg
Oxunub: 159     02:01     03 İyul 2024    
Azərbaycanın Hindistandakı səfirliyi Yeni Dehliyə başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

“Azərbaycanın Hindistandakı səfirliyi Hathrasda çoxlu sayda insanın faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirir. Biz Hindistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, – məlumatda bildirilib.

Xatırladaq ki, Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hindistan  


Bizi "telegram"da izləyin