Çin döyüş təyyarəsinin qanadlarına PUA inteqrasiya edib?

2024/07/2024--1719819857.jpg
Oxunub: 219     11:12     03 İyul 2024    
Çinin yeni nəsil döyüş təyyarəsinin qanadlarına Pilotsuz Uçuş Aparatı (PUA) inteqrasiya etdiyi iddia edilib.

Ordu.az xəbər verir ki, Çin mənbələri hələ təqdim edilməmiş döyüş təyyarəsinin qanadlarına inteqrasiya edilən 2 ədəd PUA-nın təyyarədən ayrılması ilə bağlı sınaqlar həyata keçirildiyini açıqlayıb.

Məlumata görə, bu sınaq Çinin şimal-qərbindəki Mu-Us səhrası yaxınlığındakı hava limanında aparılıb. Lakin müvafiq sınağın aparıldığı barədə rəsmi açıqlama verilməyib.

Çin mənbələrinin bu yaxınlarda açıqladığı təyyarə dizaynına görə, uçan qanad quruluşuna malik döyüş təyyarəsi 2 ədəd hava girişi və 1 ədəd turboreaktiv mühərrikə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   PUA  


Bizi "telegram"da izləyin