Yaponiyanın Baş naziri Almaniya və ABŞ-yə səfər edəcək

2024/05/1716787400.jpg
Oxunub: 119     08:46     03 İyul 2024    
Yaponiyanın Baş naziri Fumio Kisida iyulun 10-14-də Almaniya və ABŞ-a səfər edəcək və Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Kisida özü hökumət və hakim Liberal Demokrat Partiyasının rəhbərliyi ilə görüşdə bildirib.

“Kyodo” agentliyinin məlumatına görə, Almaniyada Kisida bu ölkənin kansleri Olaf Şolts ilə ikitərəfli əməkdaşlığı, o cümlədən iqtisadi təhlükəsizlik və müdafiə sahəsində müzakirələr aparmağı planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Almaniya   ABŞ  


Bizi "telegram"da izləyin