Lukaşenko: “Qərb yeni “səlib yürüşü”nə başlayıb, dünya fəlakətin astanasındadır”

2024/02/5ddc8-1708851446.jpg
Oxunub: 284     20:20     02 İyul 2024    
Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbin yeni “səlib yürüşü”nə başladığını deyib.

Ordu.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Aleksandr Lukaşenko bu barədə Belarusun Müstəqillik Günü münasibətilə təşkil olunan təntənəli mərasimdə danışıb.

Belarus Prezidenti Qərbin yeni “səlib yürüşü”nə başladığını və dünyanın artıq fəlakətin astanasına sürükləndiyini, İkinci Dünya müharibəsinə dair həqiqətlərin Qərbə lazım olmadığını bildirib:

“Hazırda “sükan” arxasında olanlar təslimçilərin ideya və birbaşa varisləridir. Onlar üçün 1945-ci ildə heç nə bitməyib. Ən əsası, artıq yeni “səlib yürüşü” başlayıb”, - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus  


Bizi "telegram"da izləyin