Mavritaniyada prezident seçkilərindən sonra etirazlar başlayıb

2024/07/0fa95-1719928570.jpg
Oxunub: 238     17:43     02 İyul 2024    
Mavritaniyanın paytaxtı Nuakşot, o cümlədən Nuadibu və ölkənin cənubundakı bir sıra şəhərlərdə prezident seçkilərindən sonra etiraz aksiyaları keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Mavritaniyanın “Al Akhbar” agentliyi məlumat yayıb.

Mavritaniyada prezident seçkiləri iyunun 29-da keçirilib. Seçki komissiyasının məlumatına görə, seçkilərdə seçicilərin 55,3 faizi iştirak edib. Mavritaniyanın hazırkı Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani 56,1faiz səs toplayaraq seçkilərdə qalib gəlib və ikinci müddətə yenidən seçilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mavritaniya   Seçki  


Bizi "telegram"da izləyin