Ordu.az xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə erməni ekspert Armine Adibekyan deyib.
Onun sözlərinə görə, Azərbaycanın şərtləri açıq şəkildə elan olunub.
“Azərbaycanın şərtləri açıq şəkildə elan olunub, Ermənistanın şərtləri barədə isə heç bir məlumat yoxdur, çünki, görünür, Ermənistanın bir şərti var: Ermənistana qarşı Azərbaycan və Türkiyənin maraqlarını mümkün qədər çox və tam şəkildə yerinə yetirmək. Ermənistan hakimiyyətinin başqa tələbi yoxdur”, - deyə Adibekyan qeyd edib.
Adibekyan bildirib ki, İlham Əliyev yeni planlarını həyata keçirmək istəyir, bunun üçün ona fasiləsiz 5 il vaxt lazımdır.
Alpər Mövludoğlu
Ordu.az