Rusiya, Çin və Qazaxıstan vahid rəqəmsal dəhliz yaradacaq

2024/07/1719983441.jpg
Oxunub: 167     04:18     03 İyul 2024    
Astanada Çin-Qazaxıstan-Rusiya marşrutu üzrə “vahid rəqəmsal dəhliz”in yaradılmasına dair üçtərəfli saziş imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Rifah Fondu olan “Samruk-Kazına” məlumat yayıb.

Məlumata görə, sənəd “Slavtrans-Servis”, “Xi'an Free Trade Port Construction and Operation Co.” və “KTZ Express” şirkəti arasında imzalanıb.

Sazişin imzalanması Qazaxıstan-Çin İşgüzar Şurasının iclası çərçivəsində Astanada baş tutub. Ümumilikdə, tədbir nəticəsində 3,7 milyard dollardan artıq dəyəri olan 40-dan çox sənəd imzalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin   Qazaxıstan  


Bizi "telegram"da izləyin