Litva Rusiyaya nota verib

2024/02/65cc8-1707905332.jpg
Oxunub: 311     20:39     02 İyul 2024    
Litva Rusiya səfirliyinin nümayəndəsinə hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Hadisə iyunun 30-da Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus Moskvadan Kalininqrada uçan təyyarənin Baltik dənizi üzərindən Litvanın hava məkanına qanunsuz daxil olması və təxminən bir dəqiqə orada qalması zamanı baş verib", - XİN-in bəyanatında bildirilib.

Litva tərəfi belə hadisələrə aydınlıq gətirilməsini və təkrarlanmamasını tələb edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Rusiya  


Bizi "telegram"da izləyin