O'Brayen: Ukraynaya Rusiya ərazisinə zərbə endirməyə icazə veriləcək

2024/07/1719988658.jpg
Oxunub: 162     10:05     03 İyul 2024    
“Rusiya döyüş meydanında cəbhəni genişləndirməyə cəhd göstərsə, Ukraynaya Rusiya ərazisinə raket zərbəsi endirməyə icazə veriləcək”.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib.

Bununla yanaşı o qeyd edib ki, hazırda Rusiya ordusu hücum imkanlarını itirməkdədir.

“Son günlər biz Rusiyanın Ukraynaya qarşı müharibədə mövqe və güc itirməsinin şahidi oluruq. Ölkəmizin əsas prioriteti Ukraynanın lazımi silah-sursatla təminatı və bu silahların təhlükənin daha çox olduğu ərazilərdə cəmləşdirilməsindən ibarətdir. İndiki halda söhbət Xarkovdan gedir. Ötən həftə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da bu barədə fikirlərini söyləmişdi. Rusiya cəbhə xəttini genişləndirmək istəsə, Ukraynaya bu ölkənin ərazisinə zərbələr endirməyə icazə veriləcək” - deyə. C. O'Brayen fikirlərini yekunlaşdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin