BMT-nin Baş katibi: Qazaxıstan COP29-da aparıcı rol oynayacaq

2023/04/1681709714.jpg
Oxunub: 159     10:38     03 İyul 2024    
Qazaxıstan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) aparıcı rol oynayacaq.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş “Kazinform”a müsahibəsində deyib.

“Bütün ölkələr iqlimlə bağlı gələn ilə qədər yeni milli fəaliyyət planları təqdim etməlidirlər. Bu planlar uzunmüddətli qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılmasına tam uyğun olmalıdır. Onlara 2030-cu ilə qədər qazıntı yanacaqların istehsalını və istehlakını azı 30 faiz azaltmaq üçün xüsusi planlar daxil edilməlidir. Əminəm ki, Qazaxıstan enerji keçidində, o cümlədən bu il Azərbaycanda keçiriləcək COP29-da rolunu tam şəkildə yerinə yetirəcək”, - o vurğulayıb.

Qeyd edək ki, A. Quterreş bu yaxınlarda TASS-a müsahibəsində bu ilin noyabrında baş tutacaq COP29-da iştirak etmək üçün Bakıya səfər etməyi planlaşdırdığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   COP29   BMT  


Bizi "telegram"da izləyin