ABŞ Konqresinin hər iki palatasından olan nümayəndələr Ermənistana səfər edib

2024/07/1719988609.jpg
Oxunub: 208     10:24     03 İyul 2024    
ABŞ Konqresinin hər iki palatasının nümayəndə heyəti Ermənistanda səfərdədir.

Ordu.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi bildirib.

Məlumata görə, nümayəndə heyətinə Respublikaçılar Partiyasından olan, ABŞ-in Missisipi ştatının senatoru, Helsinki Komissiyasının üzvü, Senatın Silahlı qüvvələr üzrə komitəsinin üzvü Rocer Uiker başçılıq edir.

Bildirilib ki, nümayəndə heyətinə Cənubi Korelinadan respublikaçı, Aşağı (Nümayəndələr Palatası) Palatasının üzvü, ABŞ Helsinki Komissiyasının sədri Co Uilson, Demokratlar Partiyasının təmsilçisi, Senatın beynəlxalq münasibətlər üzrə komitənin sədri, Merilend ştatından senator Ben Kardin, Texasdan respublikaçı senator Con Kornin, respublikaçı, Alabamadan nümayəndələr palatasının üzvü Robert Aderxolt və başqa respublikaçı konqresmenlər daxildir.

Onların Ermənistanda bir sıra rəsmi görüşlər keçirəcəyi, regional vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin