İsveç “GlobalEye” erkən xəbərdarlıq təyyarəsi sifarişi verib

2024/07/eyes-1719819545.jpg
Oxunub: 197     10:13     03 İyul 2024    
İsveç “Saab” ilə üçüncü “GlobalEye” erkən xəbərdarlıq və nəzarət təyyarəsinin İsveç Hərbi Hava Qüvvələrinə (HHQ) çatdırılması üçün 240 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, razılaşma “Saab”ın 2022-ci ildə İsveçlə imzaladığı və 2 “GlobalEye” təyyarəsi üçün sifarişin təfərrüatlarını əks etdirən müqavilədə yer alan variantın bir hissəsi kimi edilib.

Yeni təyyarənin istehsalının 2024-cü ildən 2029-cu ilə qədər davam etməsi planlaşdırılır.

İsveçin ilk 2 “GlobalEye” təyyarəsi hazırda “Saab”ın Göteborq, Linköpinq, Yarfalla, Arboqa və Luleadakı müəssisələrində hazırlanır.

“GlobalEye” 458 kilometrdən çox məsafədə havadakı obyektləri müəyyən etməyə imkan verən uzun mənzilli aktiv və passiv sensorlarla təchiz edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   GlobalEye  


Bizi "telegram"da izləyin