Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub - FOTOLAR

2024/07/goyca-1719948340.jpg
Oxunub: 254     23:08     02 İyul 2024    
Azərbaycan polisinin yaranmasının 106 illiyi və 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə Göyçay Rayon Polis Şöbəsində tədbir keçirilib.

Bu barədə Ordu.az-a Göyçay Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Rayon polis şöbəsinin inzibati binasında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzər salıb, sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılmasında Azərbaycan polisinin müstəsna rolu olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Sonra çıxış edən Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev və rayon prokuroru Ramin Hüseynov Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna xidmətlərindən danışaraq polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən Göyçay Rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Müqalib Abdıyev rayonda polisin fəaliyyətindən və gördüyü işlərdən söz açıb.

Daha sonra rayonda ictimai asayişin qorunub saxlanılmasında və keçirilən tədbirlərin təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etdiklərinə görə bir qrup polis əməkdaşı Göyçay Rayon İcra Hakimiyyətinin fəxri fərmani ilə təltif olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Polis  


Bizi "telegram"da izləyin