Zelenski:"Ukrayna yalnız vasitəçilərin iştirakı ilə Rusiya ilə danışıqlara başlaya bilər"

2024/06/1717737863.jpg
Oxunub: 174     02:37     01 İyul 2024    
Ukrayna yalnız vasitəçilərin iştirakı ilə Rusiya ilə danışıqlara başlaya bilər.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Philadelfia Inquirer”ə müsahibəsində deyib.

“Ukrayna həll yollarının tapıla biləcəyi bir model üzərində dayana bilər. Bu model ilk dəfə taxıl dəhlizi timsalında, Ukraynanın Rusiya ilə deyil, BMT və Türkiyə ilə danışıqlar apardığı zaman istifadə edilib. Onlar da öz növbəsində bizimlə danışıqlar aparmaq, sonra isə Rusiya Federasiyası ilə müvafiq müqavilə imzalamaq öhdəliyini öz üzərlərinə götürmüşdülər”, - Zelenski bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Türkiyə.   Ukrayna  


Bizi "telegram"da izləyin