“Ermənistanın Aİ-yə üzvlüyü perspektivi ilə bağlı heç bir vəd yoxdur” - EKSPERTLƏR

2024/07/1719912235.jpg
Oxunub: 424     16:35     02 İyul 2024    
“Son zamanlar Ermənistan-Aİ münasibətlərində ciddi qarşılıqlı anlaşma var, tərəflər münasibətlərin hansı istiqamətdə inkişaf etdiyini, bir-birindən nə gözlədiklərini, perspektivin nə ola biləcəyini başa düşürlər”.

Ordu.az xəbər verir ki, bunu avropalı analitik Syuzan Stüart deyib.

Stüart qeyd edib ki, lakin Aİ mürəkkəb sistemdir, ona üzvlük də öz növbəsində mürəkkəb prosesdir və bunu Ukrayna, Gürcüstan, Moldova və bir sıra digər dövlətlərin nümunələrində görmək olar.


“Biz dəfələrlə qeyd etmişik ki, vaxtaşırı Aİ də ləng hərəkət edir, lakin bu strukturda Aİ ölkələrinin bütün vətəndaşlarının rəyi əsasdır, ona görə də əsas çətinliklər və prosedur uzadılması ayrı-ayrı Aİ ölkələrinin maraqlarından və Aİ ölkələrinin vətəndaşlarının rəyinin nəzərə alınması zərurətindən asılıdır. KTMT və AİB-ə üzvlük kimi əlavə amillər olmasa belə, Ermənistan halında Aİ-yə üzvlük prosesi uzun və mürəkkəb bir yoldur”, - deyə o bildirib.

Rusiyalı politoloq Stanislav Tarasov isə vurğulayıb ki, Ermənistanda referendum və ya başqa tədbir keçirilə bilər, bu, Ermənistanın Aİ-yə üzvlüyünə sadiqliyini sübut edir, lakin Aİ-də Ukraynanı belə qəbul etmirlər.


“Baxın, bu qədər danışıqlardan və üzvlük vədlərindən sonra Gürcüstanı necə təhdid edirlər. Onlar Gürcüstanı bu perspektivdən məhrum etmək və ya Gürcüstan Aİ şərtlərini yerinə yetirənə qədər prosesi dondurmaq istəyirlər. Belə bir şey ağlasığmazdır. Ermənistana gəldikdə isə, ümumiyyətlə, üzvlük perspektivi ilə bağlı heç bir vəd yoxdur, yalnız Avropa Parlamentinin heç nə deməyən bəyanatı var”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     Gürcüstan  


Bizi "telegram"da izləyin