İranda prezident seçkilərini pozmağı planlaşdıran terrorçular saxlanılıb

2024/07/1719810492.jpg
Oxunub: 132     03:17     01 İyul 2024    
İranın hərbi qulluqçuları hələ seçki məntəqələri açılmazdan əvvəl prezident seçkiləri zamanı terror aktları planlaşdıran terrorçuları saxlayıblar.

Ordu.az-ın IRIB telekanalına istinadən məlumatına görə, bunu İslam Respublikasının daxili işlər nazirinin müavini Məcid Mirəhmədi deyib.

“Terror aktları hazırlayan terrorçular seçkilərdən əvvəl ölkəyə daxil olub, hərbi qulluqçular tərəfindən saxlanılıb və terror hərəkatı tam məğlubiyyətə uğrayıb", - o deyib.

DİN başçısının müavini aydınlaşdırıb ki, cinayətkarlar ölkədə qeyri-sabitlik yaratmaq və insanları seçki qutularına getməyə qorxutmaq məqsədilə terror əməliyyatları təşkil etməyi planlaşdırıblar.

İranın daxili işlər naziri Əhməd Vahidi isə qeyd edib ki, seçki məntəqələrində asayiş hüquq-mühafizə orqanının 180 min əməkdaşı tərəfindən təmin olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Seçki   Terror  


Bizi "telegram"da izləyin