Konqoda üsyançılar iki şəhəri ələ keçirib

2024/07/1719810322.jpg
Oxunub: 153     01:43     01 İyul 2024    
"23 Mart Hərəkatı" (M23) üsyançı dəstəsinin silahlıları Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətinə hücum zamanı iki şəhəri - Kirumba və Kaynanı ələ keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “L Actualite” portalı məlumat yayıb.

Nəşr qeyd edib ki, ölkənin şərqindəki Lyuberonun inzibati mərkəzi olan Kirumba şəhəri, yerli sakinlərlə fikir ayrılıqları səbəbindən hökumət qüvvələri onu tərk etdikdən sonra döyüşsüz ələ keçirilib. Üsyançılar Kirumbada mühüm obyekti - Kasando ordu düşərgəsini nəzarətə götürməyi və orada xeyli miqdarda sursat ələ keçirməyə müvəffəq olublar. Kirumba əhalisinin sayı 100 minə, Kaynanın sakinlərinin sayı 40 min nəfərə çatır.

İyunun 29-da üsyançılar Şimali Kivu əyalətində təxminən 60 min əhalisi olan strateji əhəmiyyətli Kanyabayonqa şəhərini ələ keçiriblər. Beləliklə, vilayətin ən böyük şəhərlərindən birinə - Butemboya aparan avtomobil yoluna çıxıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqo   Üsyan  


Bizi "telegram"da izləyin