Türkiyə ilə Suriya arasında terrorçuluğa qarşı birgə əməkdaşlığın güclənməsi gözlənilir

2024/07/1719815294.jpg
Oxunub: 165     10:14     01 İyul 2024    
Türkiyə ilə Suriya arasında terrorçuluğa qarşı birgə əməkdaşlığın güclənməsi gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə “Yeni Şafak”da dərc olunan “PKK-ya qarşı iki addım daha” sərlövhəli məqalədə yazılıb.

Bildirilib ki, birgə əməkdaşlıq çərçivəsində yeni addımların atılması gözlənilir.

Qeyd olunub ki, Türkiyə və Suriya arasında artan əməkdaşlıq ABŞ-nin regiondakı təsir imkanlarını zəiflədəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Ankara ilə Dəməşq arasında münasibətlərin bərpasına mane olan amilin olmadığını bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin