Ordu.az xəbər verir ki, bu məlumatı Pentaqonun mətbuat xidməti təsdiqləyib.
Qurum konkret tədbirləri təsvir etməkdən imtina edib.
“Biz tez-tez hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görürük”, - məlumatda deyilir.
Qeyd edək ki, ABŞ-nin Avropadakı bir neçə hərbi bazası mümkün terror təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bu barədə iki ABŞ rəsmisi “CNN“-ə danışıb.
Ordu.az