“168.am”: Ermənistanda ailə biznesinə daxil olan şirkətlər ordu turnirləri təşkil edir

2024/06/1719473211.jpg
Oxunub: 122     11:48     01 İyul 2024    
Bu dəfə Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Nikol Paşinyanın himayəsi ilə 2024-cü ildə güc strukturları arasında keçirilən ordu turnirinə 61 milyon 20200 dram ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu böyük qrant bu yaxınlarda cəmi 2 ay əvvəl qeydiyyatdan keçən “Splayer” şirkətinə verilib.

“Qrant həm də bu MMC-nin dövlət satınalmalarında debütüdür. Məlum olub ki, “Splayer” 2024-cü il martın 29-da qeydiyyatdan keçib. Hüquqi şəxslərin reyestrinin məlumatlarına görə, şirkətin 100 faiz payı Aram Marqaryana məxsusdur. MMC-nin yerləşdiyi yer Lori vilayəti, Stepanavan şəhəri, Çarents küçəsi, 106 A ünvanıdır. Qeyd edək ki, ötən il ordu oyunları turnirini Vladimir Gevorqyanın ailə biznesinə daxil olan “Lore Qrup” MMC (Çarents küçəsi 122) təşkil edib. 2023-cü ildə bu oyunlar dövlətə 43 milyon dram civarında başa gəlib. Xatırladaq ki, Vladimir Gevorqyan müxtəlif MMC-lərlə dövlət satınalmalarında fəal oyunçudur. İndi də məlum olur ki, xoşbəxt təsadüf, çox maraqlı təsadüf nəticəsində oyunları Vladimir Gevorqyanın qonşusu yeni qeydiyyatdan keçmiş MMC ilə təşkil edəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Splayer  


Bizi "telegram"da izləyin