Rusiya nümayəndə heyətinin ATƏT PA-da iştirakını dayandırması ilə bağlı bəyanat qəbul etməyi tövsiyə edilib

2024/07/1719825339.jpg
Oxunub: 98     12:56     01 İyul 2024    
Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər Komitəsi iyulun 3-də Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında iştirakının dayandırılması və təşkilatın büdcəsinə ödənişlərin dayandırılması ilə bağlı bəyanat qəbul etməyi tövsiyə edib.

Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Rusiya ATƏT Parlament Assambleyasında iştirakını dayandırır. Rusiya Federasiya Şurası və Dövlət Duması Rusiyanın ATƏT Parlament Assambleyasının fəaliyyətində iştirakının dayandırılması və ödənişlərin dayandırılması barədə sənəd hazırlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ATƏT-PA  


Bizi "telegram"da izləyin