Ermənistanla əməkdaşlıq Fransaya nə qazandıracaq?

2024/02/554-1708766739.jpg
Oxunub: 326     15:22     24 Fevral 2024    
İrəvanda keçirilən mətbuat konfransında Fransanın müdafiə naziri Sebastyan Lekornü jurnalistlərin geosiyasi reallıqlarla bağlı sualından yayınıb. Sual isə ondan ibarət olub ki, Ermənistanla əməkdaşlıq Fransaya tarixən Rusiyanın təsiri hesab edilən zonada özünü yerləşdirməyə imkan verirmi?

Fransanın müdafiə naziri diplomatik yolla həssas mövzudan yayınsa da, faktiki məsələnin geosiyasət olduğu şübhəsizdir və bunun bariz sübutu Fransa Prezidenti Makronun fevralın 21-də Parisdə, Nikol Paşinyanla görüşdən əvvəl verdiyi bəyanatdır. Makron Qafqazı bu kontekstdə ən mühüm halqa hesab edərək, Mərkəzi Asiyadan Avropaya gedən kanalların əhəmiyyətini qeyd edib. Lakin bu hal öz növbəsində suallar doğurur.

Xüsusilə, Cənubi Qafqazı Mərkəzi Asiyadan gələn yolda dayanacaq hesab etsək, Paris iki halda Ermənistanla əməkdaşlıq məsələsinə baxacaq: cənubda ekvivalent təsir yaranarsa, İran və Fars körfəzi, Hindistan limanları və şimalda Gürcüstan, Qara dəniz. Burada bir şey göz qabağındadır: Fransanın İranla əməkdaşlıq etmədən Ermənistanla səmərəli əməkdaşlığı mümkün deyil. Bəs Azərbaycan-Türkiyə Gürcüstan birgəliyi qarşısında Paris bu planları gerçəkləşdirə bilərmi?

Təbii olaraq, Paris yalnız razılığa gələ bilər və bu zaman məlum olacaq ki, Fransa adi bir benefisiardır, onun üçün Orta Asiyadan Avropaya gedən yolun işi Türkiyə və Azərbaycandan asılıdır. Ona görə də Fransa Gürcüstanda Azərbaycan və Türkiyənin təsir imkanlarını azaltmaq üçün təxribatlara əl atacaq. Bununla belə, Paris Britaniya və şübhəsiz ki, Rusiyanın da dəstəyini əldə edən Türkiyə və Azərbaycana qarşı Gürcüstanda təkbaşına dayana bilməyəcək. Və Ermənistan kimi ölkə ilə birgə hərəkət onu indiyədək qurulmuş normal iqtisadi əlaqələrdən də uzaqlaşdıracaq.

İran Ermənistan məsələsində tərəfdaş ola bilsə də, Tehranın Gürcüstandakı imkanları, yumşaq desək, məhduddur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin