Bunun ənənəvi açıqlama olmasını iddia etmək sadəlövhlük olardı. Azərbaycanın silahlanmanın artmasından hansı səbəbə əsasən narahat olduğunu anlamamaq, Qafqazda erməni işğalını dərk etməmək və ya qəbul etməmək mənasına qədər genişləndirilə bilər. Lakin bu, ən azından hələlik ya olduqca ciddi narahatverici həcmdən, ya da narahatverici “keyfiyyət”dən uzaqdır.
Birincisi, Bakı Azərbaycanda işləyən iki fransız diplomatını beynəlxalq xidmət qaydalarına uyğun olmayan fəaliyyətlərinə görə ölkədən çıxarıb, daha sonra isə Fransa iki azərbaycanlı diplomatı ölkədən çıxarmaqla cavab verib. Ardınca Azərbaycanda Fransa xüsusi xidmət orqanlarının casus şəbəkəsi aşkarlanıb. Bu Azərbaycan-Fransa “diplomatik müharibəsi” və ya ən azından qarşılıqlı atışması niyə birdən-birdə baş verdi və nə “vəd edir”? İki ölkə arasındakı münasibətləri qiymətləndirmək üçün Fransa investisiyalarına da baxa bilərik.
Məlumdur ki, Fransanın neft sənayesi nəhəngi “TotalEnergies” Azərbaycanda həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində çox milyard dollarlıq investisiya layihələri həyata keçirir. “TotalEnergies” şirkətinin icraçı direktoru ötən il sentyabrın 1-də Prezident İlham Əliyevin qonağı olub və onunla milyardlarla dollarlıq investisiya planlarını, niyyətlərini müzakirə edib.
Hələlik Fransanın Azərbaycandakı sərmayələrini heç nə təhdid etmir. Bunu Azərbaycanın xarici işlər naziri də bu yaxınlarda Yeni il mətbuat konfransında bildirib. Buna görə də belə qənaətə gəlmək olar ki, Fransa-Azərbaycan “qarşılıqlı atışması” ən azından hələlik idarəolunandır. Təbii olaraq bu o demək deyil ki, daha dərin reallıqların təsiri ilə və ya bunlara təsir etmək mülahizəsi ilə bağlı deyil.
Burada bəlkə də bir hal diqqətəlayiqdir. Fransanın Azərbaycanda təxribatçı fəaliyyətlərini artırması zaman baxımından Emmanuel Makronun kifayət qədər vacib bəyanatından sonra başlayıb. Dekabrın sonunda Avropa İttifaqı liderləri Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarına başlamaq qərarına gəliblər və Gürcüstana Aİ üzvlüyünə namizəd statusu veriblər. Bu qərarlardan sonra Makron bəyan edib ki, Ukrayna ilə bağlı qərarın heç bir hüquqi qüvvəsi yoxdur, bu, sırf siyasidir və Avropa İttifaqı hələ də genişlənmə ehtimalından uzaqdır.
Bu müddət ərzində Makron kifayət qədər uzun fasilədən sonra qəfildən Putinlə mümkün kommunikasiyaya toxunmaq qərarına gəlib və deyib ki, “onun telefon nömrəsi dəyişməyib” və əsaslı təklif olarsa, Putinlə əlaqə saxlamaq olar. Sözləri bir kənara qoysaq, Makronun Putinə işarəsi açıq-aşkardır, yəni o, söhbətə və müzakirələrə hazırdır. Fransa Prezidentinin niyə bu siqnalı göndərmək qərarına gəldiyi şübhəsiz ki, müzakirə mövzusudur.
Hər halda, Parisin bunun üçün çoxlu səbəbləri var, üstəlik də Qərb mətbuatında, məsələn, nəinki ABŞ-Rusiya olmayan siqnallar, həmçinin xüsusilə Ukraynadakı vəziyyəti dondurmaq mövzusunda müzakirələr haqqında məlumatlar peyda olur. Qlobal üst qrup deyilən qrupda öz rolunu və yerini təmin etməyə çalışan Fransa təbii ki, mövcud proseslərdən, o cümlədən Rusiya ilə təmas məsələsində geri qalmamağı düşünür.
Məhz bu tendensiyalar fonunda Fransa casus şəbəkəsinin aşkarlanması diqqətəlayiqdir. Bu, sırf Fransa-Azərbaycan münasibətləri mənasında hazırda bəlkə də daha çox anturaj vəziyyəti olmaqla, dərin mənada bəlkə də hansısa güclərin Makronu Rusiya üzərindən Azərbaycana qarşı - uğursuz - addım atmağa sövq etdiyini sübut edir.
Asif Cəfərov
Ordu.az