Putin Türkiyəyə Qara dənizi bölüşdürməyi təklif edir? – ANALİZ

2023/12/34543-1702986740.jpg
Oxunub: 2117     16:39     19 Dekabr 2023    
Dekabrın 14-də Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla geniş birbaşa ünsiyyəti zamanı bir daha xatırladıb ki, Krım və Ukraynanın cənub-şərqi Türkiyə ilə müharibədə fəth edilmiş Rusiya torpaqlarıdır.

Türkiyə mətbuatı Putinin bəyanatında bir konteksti nəzərdən keçirib. Putin Türkiyənin bu ərazilərdə Qərbdən daha çox “haqqı” olduğunu demək istəyirdi, yoxsa Qara dəniz hövzəsində də “sinergiya” tətbiq etməyi təklif etdi? Bu bir faktdır ki, o, eyni zamanda ilin əvvəlində Türkiyə Prezidenti ilə görüşmək niyyətindən danışıb.

Məlum olub ki, dövlət katibi Blinkenlə Türkiyənin xarici işlər naziri Fidan arasında telefon danışığı olub. Fidan, Türkiyə mətbuatının yazdığına görə, Blinkenə İsrailə təsirindən istifadə etməyi, atəşkəsə nail olmağı, bundan sonra İsrailin məsələni iki dövlət əsasında həll etmək üçün danışıqlar masasına oturmasını təklif edib. F-16 döyüş təyyarələri, İsveçin NATO-ya üzvlüyü, hərbi sənaye sahəsində ikitərəfli əlaqələrlə bağlı məsələlər də müzakirə edilib.

Ötən həftənin əvvəlində Rusiya Prezidenti ilə İsrailin Baş naziri arasında telefon danışığı olub. Söhbətin təfərrüatları açıqlanmayıb, lakin ümumi təəssürat var ki, Putin İslam dünyasının dəstəyini qazanmaq üçün İsraili itirir.

Bu təəssürat Putinin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına tarixi səfəri, eləcə də İran Prezidentinin Moskvaya səfəri ilə bağlıdır. Bundan bir neçə gün sonra Tehran gələn ilin əvvəlindən Şimal-Cənub nəqliyyat dəhlizinin Rəşt-Astara hissəsinin tikintisinə başlayacağını elan edib.

F-16 döyüş təyyarələri, hərbi-sənaye sahəsində əməkdaşlıq barədə Blinken-Fidan telefon danışığı ilə bağlı məlumatın yayılması o deməkdir ki, Vaşinqton Türkiyəyə hansısa prinsipial məsələni təklif edib və ya yaxın gələcəkdə edəcək? Bəlkə, Ankara İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya edəcəyi təqdirdə, İsrail-Fələstin nizamlanmasında iştirakında israr edib?

Türkiyə israrla Rusiya-Ukrayna münasibətlərində də vasitəçilik etməyə çalışır. Məgər Putinlə bağlı eyham o demək deyilmi ki, Ərdoğan Rusiyanın Krımı və Ukraynanın cənub-şərq bölgələrini müharibə ilə Osmanlı Türkiyəsindən fəth etdiyini qəbul etsə, Moskva Kiyevlə mümkün danışıqlarda Ankaranın vasitəçiliyini qəbul edəcək.

Krım və Qara dəniz sahilləri və Cənubi Qafqazın “sinergiyası” artıq Türkiyə üçün cəlbedici olacaq, yoxsa ABŞ ilə hərbi-sənaye əməkdaşlığı cəlbedici olacaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin