Yəni cinayət təqibindən qurtulmaq üçün pul verilir. Müəllif təşəbbüsü onunla izah edir ki, əsasən Ermənistandan kənarda olan ordudan yayınanlar aşkar edilmir, cəzalandırılmır və bu halda onlara cinayət təqibindən azad olmaq imkanının verilməsi daha məqsədəuyğundur, layihə əlavə maliyyə effekti verəcək, bu da məsələn, orduya yönəldiləcək.
Bu, ilk baxışda olduqca rasional bir təşəbbüs kimi görünsə də, erməni hərbi qulluqçulara qarşı psixoloji qavrayış və düşüncə baxımından belə bir təşəbbüsün pis impuls, yoxsul erməni xalqına pis mesaj olması ilə bağlı fikirləri qeyd etməliyik. Bu, Ermənistanda de-yure hamılıqla ordudan yayınmaq, xidmət etməmək hüququnu pulla almaq imkanı verməsə də, onu dəyər sistemi, psixologiya, düşüncə baxımından faydalı, ən əsası isə lazımi layihə kimi qiymətləndirmək mümkün deyil.
Çünki son qeyd olunanlar Ermənistan üçün ən azı indiki mərhələdə əsas amildir. Müharibədən sonra Ermənistanın darmadağın edilmiş ordusunun, ümumilikdə erməni xalqının psixoloji reabilitasiyaya ehtiyacı var. Ancaq bunun əvəzinə, artıq üç ildir ki, daxili və xarici səbəblərdən çaxnaşma içindədirlər. Qarabağın tamamilə azad olunması bu baxımdan böyük yeni dalğa idi. Bunu isə Ermənistan silahlı qüvvələrində islahatı adı altında aparılan, əslində özündə çoxsaylı korrupsiya təbəqələrini ehtiva edən layihələrlə aradan qaldımaq mümkün deyil.
Bu məsələlər açıq və qapalı rejimdə Ermənistan parlamentində müzakirə edilsə də, əvəzində sırf məzmun əsaslı və ya psixoloji və dəyər sisteminə uyğunluğu şübhə altında olan, yaxud uyğunsuzluğu aşkar olan təşəbbüslər irəli sürülür. Bunun bir sıra başqa təzahürləri belə nəticə çıxarmağa əsas verir ki, Ermənistanda siyasi hakimiyyət ən azı lazım gəldikdə növbədənkənar parlament seçkiləri ssenarisindən qarşıdakı perspektiv üçün istifadə imkanlarını nəzərdən keçirir.
Ermənistanda ordu islahatı ilə bağlı fundamental problemin mövcudluğu halında parlamentin niyə əksəriyyəti uzun müddətdir ölkədən kənarda olan və geri qayıtmaq barədə düşünüb-düşünmədikləri məlum olmayan ermənilərə cinayət təqibindən yayınmaq hüququnu satmaq haqqında qanun layihəsinə başlamalı olduğunu başqa cür izah etmək çətindir.
Aqil Məmmədov
Ordu.az