İsrailin rəqiblərinə qarşı əsas müdafiə oxlarından biri – “Dəmir Günbəz” RƏM Sistemi

2021/11/img80-1636530820.jpg
Oxunub: 6689     11:12     13 Oktyabr 2022    
Ərəb dövlətləri ilə gedən müharibələrdən sonra İsrailin əldə etdiyi nailiyyətlərdə ölkənin hərbi üstünlüyünün rolu tez-tez ön plana çıxır. II Dünya Müharibəsi zamanı Almaniya ordusu Şimali Afrikadan Fələstinə doğru irəlilədikdən sonra bir qrup yəhudiyə ingilislər tərəfindən hərbi təlim keçirildi. II Dünya Müharibəsinin sonunda yəhudilər Britaniyaya qarşı mübarizəyə başladı. 1948-ci ildən əvvəl Fələstində ingilislərə qarşı hücumlar həyata keçirmiş yəhudi qruplarının potensialının artırılması, 1948-ci il müharibəsində İsrail ordusunun onurğa sütununu təşkil edən “Haganah” qoşunlarının Avropada nasistlərə qarşı döyüş təcrübəsi, ərəb dövlətlərinin sıfıra yaxın hərbi təcrübəsi və döyüşdən öncə həyata keçirilən hərbi satınalmalar müharibənin nəticəsini müəyyən edən əsas faktorlar oldu.

1967-ci ildə İsrail Hərbi Hava Qüvvələrinin hava üstünlüyü sayəsində Misir, İordaniya və İraq təyyarələrini havaya qalxmadan məhv etməsindən 1973-cü ildə Qahirənin tank atəşi mənzilinə daxil edilməsinə qədər İsrailin hərbi potensialı müahribədə əsas həlledici rol oynadı. BMT Baş Assambleyasının 1975-ci ildə qəbul etdiyi 379 saylı qətnamə ilə sionizmin irqçiliyin bir forması kimi tanınması bir yana, BMT-nin 1967-ci il genişlənməsinə qarşı 242 saylı 1967-dən əvvəlki məlum sərhədlərə qayıtmaq qərarı nəzərə alındıqda, qeyd etmək yerinə düşərdi ki, ölkəni regionda xarici dəstəkdən başqa ayaqda saxlayan əsas amil həm hərbi, həm də kəşfiyyatın texniki imkanları, nou-haularıdır.

İsrailin son dövrlərdə gündəmə gələn ən əhəmiyyətli hərbi elementlərindən biri də “Dəmir Günbəz” Raket Əleyhinə Müdafiə (RƏM) sistemidir. Əsas texniki məlumatları ilə “Patriot” kimi məşhur HHM sistemlərindən üstün olduğu qəbul edilən sistem “Davidin Sapandı” adlı sistemlə birlikdə eşalonlu HHM sisteminin ən əhəmiyyətli komponenti olaraq qəbul edilir. Sistem, İsrailin qonşuları ilə problemli münasibətlərində və digər yerli aktorlarla mübarizəsində əsas müdafiə oxlarından birini təşkil edir.

Sistemin inkişafına ehtiyac xüsusilə İntifadadan sonrakı dövrdə daha da sürətləndi. Birinci İntifada vətəndaş itaətsizliyi və ya ondan sonra daş, dəyənək və s. vasitələr tətbiq edilirdisə, İkinci İntifadada İsrailə qarşı yüngül silah və partlayıcı maddələrin istifadəsi və bu ümumi dəyişikliklə yanaşı raketlərin getdikcə daha çox istifadə ediləcəyi bir dövrün başlaması İsraili bu mövzuda addım atmağa məcbur etdi. Ancaq dünyanın ən uğurlu RƏM sistemi sayılan “Dəmir Günbəz”in hər müdafiə sistemi kimi 100% qoruma təmin etmədiyi məlumdur. Buna görə də HƏMAS və “İslami Cihad” kimi aktorlar raket hücumlarında fərqli strategiyaya üstünlük verirlər. Çox sadə raketlərlə çoxlu sayda zərbə endirməklə HHM sistemlərindən yayınmağa cəhd edirlər.

Çox sadə raketlərin çoxlu sayda və yaylım atəşi ilə atılması onlardan müdafiəni mümkünsüz edir. Bununla yanaşı, “Dəmir Günbəz”in psixoloji təsirinin artırılması sistemdən yayına bilən raketlərin İsrail yaşayış məntəqələrinə dəyməsi və zərər vurması müzakirə mövzusu olub. Zamanla, xüsusən də İran üzərindən edilən transferlərlə HƏMAS və “Hizbullah”ın əlindəki raketlər müxtəlifləşib. Son illərdə İran-İraq-Suriya-Livan üzərində qurulan marşrutda dəqiq idarə olunan raket istehsalına çatmaq üçün dərinlik təmin edilib. Bu yeni tədarükləri mümkün edən dəhliz əl-Mühəndis və Süleymaninin qətlində ən mühüm rol oynayan faktlardan biri idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Dəmir-Günbəz  


Bizi "telegram"da izləyin