Britaniya ordusu cəbhə komandanlığı üçün nəzərdə tutulan robot iti sınaqdan keçirib – VİDEO

2022/09/DES_2-1662801315.jpg
Oxunub: 3039     11:33     12 Sentyabr 2022    
Britaniya Ordusu “Ghost Robotics” şirkətinin V60 robot itini sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, dördayaqlı insansız quru platformaları cəbhə komandanlığı üçün nəzərdə tutulub.

Sınaqlarda Böyük Britaniyanın “DE&S Future Capability Group” (FCG) şirkəti ilə əməkdaşlıq edilib.

Sınaq təhlükəli ərazilərin kəşfiyyatı, kritik tapşırıqların yerinə yetirilməsi və hərbi personal üçün riski minimuma endirmək üçün döyüş tapşırıqlarının yerinə yetirilməsi kimi texnologiyanın potensial ordu istifadələrinə yönəldilib.

V60 idarəetmə paneli ilə idarə olunur, şəhər və təbii ərazilərdə hərəkət edə bilir. O, saniyədə 3 metr maksimum sürətə malikdir və maksimum yükü 10 kiloqramdır.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Robot  


Bizi "telegram"da izləyin