“Eurosatory 2022”: “Leopard 2A7” və “Leclerc” hibridindən ibarət EMBT əsas döyüş tankı nümayiş olunur

2022/06/EMBT--1655463657.jpg
Oxunub: 7051     15:49     17 İyun 2022    
Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory 2022” sərgisində “Leopard 2A7” tankının şassi və “Leclerc” tankının qülləsindən ibarət EMBT əsas döyüş tankının yeni konsepsiyası təqdim olunub.

Ordu.az xəbər verir ki, ilk prototiplə müqayisədə bir çox yenilikləri ehtiva edən yeni prototipdə əsas yenilik sürücü və atəşə nəzarətin rəqəmsallaşdırılması, artan situasiya məlumatlılığı və yeni silah sistemləridir.

EMBT 2, 3 və ya 4 nəfərlik heyətlə istifadə oluna bilər. LIDAR, LWL, Elektro-optik, radar və buna bənzər sistemlərlə situasiya xəbərdarlığını təmin edən EMBT müdafiə üçün aktiv, reaktiv və passiv üsullardan istifadə edir. İdarə olunan döyüş sursatlarına qarşı reaktiv zirehlərə əlavə olaraq “Trophy” aktiv mühafizə sistemi ilə qorunan, özünümüdafiə əsasında EMBT-nin ən kritik yeniliklərindən biri “Nexter” tərəfindən hazırlanmış ARX-30 adlı 30x113 mm çaplı Uzaqdan idarə olunan silah sistemidir. Yığcam sursatdan istifadə edən sistem PUA-lar kimi yeni təhlükələrə cavab vermək üçün nəzərdə tutulub.

Atəş gücü baxımından bir çox yeniləmə və əlavələrə sahib olan EMBT, 22 120 mm-lik sursat götürə bilən avtomatik yükləyici qülləyə malikdir. 120 mm-lik silahdan istifadə edən qüllə gələcəkdə görünəcək daha yüksək atəş gücünə malik 140 mm-lik silahla istifadə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   Leopard  


Bizi "telegram"da izləyin