Fransa Ordusu üçün hazırlanmış “Serval” yüksək mühafizə altında tam təchiz olunmuş 10 əsgər daşıya bilir. Bu kontekstdə “Serval”ın 25-dən çox variantda hazırlanacağı bildirilib.
Serval mina, əldəqayırma partlayıcı və ballistik mühafizəyə malikdir. Akustik silah aşkarlama sisteminə də sahib olan avtomobildə duman atıcıları da var. Hazırlanma mərhələsində olan avtomobil C130 və A-400M yük təyyarələri ilə daşınmaq üçün nəzərdə tutulub.
Maşına “Mistral Atlas 2” sistemi yerləşdirilib. Bu, 2 ədəd “Mistral” raketi və yeni nəsil termal görüntüləmə sisteminə malik uzaqdan idarə olunan sistemdir. “Mistral” silahlı qüvvələrin bütün qollarının tələblərinə cavab vermək üçün nəzərdə tutulmuş tam rəqəmsal, istilik axtaran raketdir.
Sürət: <100km/saat
Mənzili: 600 km
Mühərrik: 8,9 L / 375 at gücü
Atəş gücü: 12.7mm/7.62mm/40mm qumbaraatan
Sevinc Əliyeva
Ordu.az