Ermənistan Apellyasiya Məhkəməsi radikal erməni keşişin həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib

2026/06/1780587605.jpg
Oxunub: 195     19:37     04 İyun 2026    
Ermənistanda hakim Vazgen Rştuninin sədrliyi ilə keçirilən məhkəmə iclasında radikal erməni keşiş Baqrat Qalstanyanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, məhkəmə Baqrat Qalstanyana hüquq-mühafizə orqanlarının müşayiəti olmadan İcevana getməyə və seçkilərdə iştirak etməyə icazə verib. Bu məqsədlə ona 7 saat vaxt ayrılıb.

Xatırladaq ki, erməni arxiyepiskop Baqrat Qalstanyan 2025-ci ilin iyun ayından həbsdədir.

Ermənistan İstintaq Komitəsinin iddiasına görə, “Müqəddəs Mübarizə” hərəkatının iştirakçıları və rəhbərləri Ermənistanda terror aktları törətməyi və hakimiyyəti ələ keçirməyə yönəlmiş fəaliyyət həyata keçirməyi planlaşdırıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qalstanyan  


Bizi "telegram"da izləyin